Vətən oğullarını daim yada salmalı ,onları yad etməliyik-FOTO

Dünya
Allah razı olsun…
… Şəhidlərin adı gələn yerdə,onlara həsr edilmiş nə varsa, yəni tədbirlər ,məclislər,təqdimatlar,yarışlar olsun, bunlara rəğmən deyim ki, həssaslıq var qəlbimdə.Öz canlarından,qanlarından keçmiş Vətən oğullarını daim yada salmalı ,onları yad etməliyik.Bu savaşda ,fərq etmir , münaqişə başlanan gündən şəhid olmuş oğullar bizlərə əzizdir.Qanlı döyüşlərdə igidlik göstərən bu oğulların sayəsində nəhayət düşmən işğalından canımız qurtardı…Qarabağ uğrunda gedən döyüşlərdə minlərlə oğul itirdik ,o oğullar içərisində Yardımlı oğulları da varıydı, ruhları şad olsun…
Şəhidlərə ehtiram göstərmək necə deyərlər boynumuzun borcu.Səhid ailələrinə qayğı,isti münasibət az da olsa onların dərdlərinə məlhəm olur şübhəsiz…
Mövzu həmişə açıqdır,şəhidlər haqqında saatlarla,illərlə danışmaq,yazmaq belə azdı…
Bu günlərdə,daha doğrusu 16 noyabr tarixində Bakı şəhərində möhtəşəm bir idman yarişı keçirilib.Bizim eloğlumuz, fəxrimiz,Əməkdar məşqçi,İdman ustası ,” Cənub idman klubu “nun təsisçisi,rəhbəri Samir Qəzənfər oğlu Həsənovun təşəbbüsü ilə boks üzrə turnir keçirilib.Bu tədbir rayonumuzun Dağüzü kəndinin şəhid övladlarının xatirəsinə həsr olunmuşdur.Boks üzrə idman yarışında yeniyetmə idmançılarımız iştirak ediblər Yarışda qalib gələn idmançılara fəxri fərmanlar,mükafatlar təqdim olunub.
İdman yarışmasının keçirilməsi xəbərini bir neçə gün əvvəl eşitmişdim.Belə tədbirlərin keçirilməsi yaxşı haldı.Bu jestlər şəhidlərimizə qoyulan hörmət və ehtiramdır.Buna görə Samir müəllimə,yarışda iştirak edən hər bir kəsə var olun deyirəm.O yarışda bir çox dostlarımı görmək mənə də xoş oldu.Dünya çempionu,fəxrimiz ,mənim əziz dostum Hakim Tağıyev,şəhid qardaşı dostum Həsən Rufullayev,ən əsası hörmətli ziyalımız, ağsaqqalımız Qəzənfər müəllimi…
Şəkillərdən , videolardan bildim ki,yarış yüksək səviyyədə keçirilmişdir.Buna görə şəxsən Samir müəllimə təşəkkür edirəm,o insan daim şəhid ailələrinin yanındadır.Dağüzü kəndinin şəhidi Nəciyev Yusifin məzarının yenidən düzəldilməsinə də Samir müəllim vəsilə olmuşdu.Mən özümə borc bildim ki,əziz dostum Samir müəllimin bu xeyirxah əməlini paylaşım edim.Belə tədbirlərin müntəzəm keçirilməsi təqdirəlayiq haldır.Allah bu işdə zəhməti olanlara dayaq olsun.Şəhidlərimizun ruhları qarşısında baş əyirik.
Bir daha minnətdarlığımı bildirirəm Samir müəllimə,var ol dostum,sükanı belə saxla…
MUASİRMEDİA.AZ