Bu gün ölkəni sarsıdan uşaq evində qalan 16 yaşlı Nurcan faciəli vəfatından yan keçmək mümkün deyil.
2014-cü ildə vəfat etmiş anasının ardınca onu uşaq evinə qoyub, qayıdıb gəlib götürəcəyi ilə bağlı ümid verərək Rusiyaya gedən “ata” 2 gün öncə rəsmi olaraq ondan imtina edib.
Nurcan hər gecə kitablar oxuyurdu, rəqslər edirdi, ümidlə atasının yolunu gözləyirdi. “Ata” isə gəldi və qızından imtina etdi. Bu xəbəri ona deyincə Nurcanın sığınacaqdakı halı…
Nurcan anasının yanına 11 ildən sonra getdi. “Bir qız anadan yetim qalır” deyiblər.
Daha bir dəhşətli məqam – Nurcanın ölümündən sonra qohumlarının sığınacağa gələrək onun paltarlarını və yığdığı manatlıqları aparması idi.
Kəlmələrin yetmədiyi anlardır.
Əziz atalar! Qızlarınızı heç bir zaman tək buraxmayın! Onlar sizə sığınır və sizi qəhrəmanları bilir. Onlara bir ömür sevgi və təhsil verin. Bir ata üçün bundan önəmli vəzifə ola bilməz.
Mən də kiçik bir qız atasıyam. Bu xəbər hər kəs kimi məni də dərindən sarsıdıb. Qızlarınıza hər zaman arxa dayaq olun. Onlar sizə heç kəsə inanmadığı kimi inanır.
Nurcanın ruhuna sayğılarla… Ruhun şad olsun!
MUASİRMEDİA.AZ
