Milli Məclis 2026-ci ilin dövlət büdcəsi haqqında qərar qəbul etdi

Siyasət

Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrini ikinci oxunuşda qəbul edib.  Parlamentin bugünkü plenar iclasında müzakirə zamanı bildirilib ki, 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.

Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur.

MUASİRMEDİA.AZ