İranın xarici işlər naziri Abbas Əraqçi ailəsi ilə birlikdə İrandan qaçıb

Dünya
İranın xarici işlər naziri Abbas Əraqçinin ailə üzvləri ilə birlikdə Livana getdiyi və onların ölkədə qeyri-müəyyən müddətə qalacağı açıqlanıb.
 Bu barədə İraq əsilli livanlı jurnalist və tədqiqatçı Hüseyn Əbdül Hüseyn “X” sosial şəbəkəsində paylaşdığı məlumatda bildirib.
O qeyd edib ki, Əraqçi ailəsini Livana səfəri zamanı özü ilə aparıb.
Onun sözlərinə görə, İranın Livandakı səfiri ilə bağlı da oxşar məlumat mövcuddur və səfirin ailəsinin də hazırda Livanda olduğu deyilir.
Jurnalist qeyd edir ki, Əraqçi, həyat yoldaşı Arzu Əhmədvənd, qızı Sadat və iki oğlu – Seyidhüseyn və Seyidrza ilə birlikdə Beyruta gəlib. Ailənin Livandakı İran diplomatlarına məxsus şəxsi evlərdə yerləşdirildiyi və qalma müddətinin qeyri-müəyyən olduğu bildirilir.
Əbdül Hüseyn paylaşımında İranın ali rəhbəri Əli Xameneinin mümkün hərəkət istiqamətinə də toxunaraq bildirib ki, onun Moskvaya getməsi ehtimalı azdır. Jurnalistin fikrincə, Xameneinin mümkün təyinat yeri Beyrut ola bilər.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir