VAXT TAPIB OXUYARSINIZ-Bəradər Səməndərli

ƏDƏBİYYAT
VAXT TAPIB OXUYARSINIZ
Bir gün olüb gedəcəyəm,
Yoxluğumu duyarsınız.
Misra-misra, sətir-sətir,
Məni xatırlayarsınız.
Nuhun gəmisi məndədi,
Çovğun, tufan sinəmdədi.
Ruhum şeirlərimdədi,
Vaxt tapıb oxuyarsınız.
Mənəm dərya, mənəm dəniz,
Qarşınızdadı bəndəniz.
Haçansa, tənqid etsəniz,
Sərərsiniz, yuyarsınız.
Şair doğulmur hər bəndə,
Duman varsa, düşər çən də.
Sizinçün yazıram mən də,
Dostlar, nə yaxşı varsınız.
Bəradər, bu kaman, bu ox,
Ox atan ovçular nə çox.
Heykəlimi divarda yox,
Qəlbinizdə qoyarsınız.
Bəradər Səməndərli
(Xanəliyev)
12.01.2023

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir