Hazırda oxunan: SON DƏQİQƏ! Dörd məhkum Ermənistana təhvil verildi – ADLAR
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər – Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilib.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan facebook səhifəsində məlumat verib.
O qeyd edib ki, həmin şəxslər Həkəri körpüsü vasitəsilə təhvil verilib.
Qeyd edək ki, sözügedən addım Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq atılıb.
Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa görə, Azərbaycanda cəza çəkən 4 nəfər – Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani .Viken Abrahamın Ermənistana təhvil verilib.


MUASİRMEDİA.AZ
