“İki dəqiqə əvvəl öldüm… Özümü burada – mələklər və kim olduqlarını bilmədiyim bir neçə varlıqla tək tapdım. Onlara yalvardım ki, məni yenidən həyata qaytarsınlar. Çünki həyat yoldaşım hələ gənc idi və oğlum hələ dünyaya göz açmamışdı. Arvadım hamiləliyinin üçüncü ayında idi.
Bir neçə dəqiqə də keçdi. Mələklərdən biri, güzgüyə bənzəyən bir şey gətirərək yanımıza gəldi. Mənə dedi: “Bu dünya ilə o biri dünya arasında zaman tam fərqlidir: Buradakı dəqiqələr orada bir neçə günə bərabərdir. Onları buradan izləyə bilərsiniz.
Güzgüdə həyat yoldaşım anında kiçik bir uşaqla birlikdə göründü! Gördüklərim çox sürətli idi. Zaman hər dəqiqə dəyişirdi. Oğlum böyüyürdü, hər şey dəyişirdi. Həyat yoldaşım evdəki mebelləri dəyişdi. Mənim təqaüdümə sahib çıxa bildi. Oğlum məktəbə getdi. Qardaşlarım bir-bir evləndilər. Hər biri öz həyatını qurdu.
Bir çox hadisələr cərəyan etdi və bu hərəkətli, bulanıq görüntülərin içində arxa planda sabit dayanan bir şeyi fərq etdim; qara bir kölgəyə bənzəyirdi. Dəqiqələr keçdi, amma həmin kölgə bütün görüntülərdə eyni yerdə dururdu. Orada illər keçdi. Kölgə kiçilməyə və solmağa başladı. Mələklərdən birinə səsləndim, ona yalvardım ki, bu kölgəni yaxınlaşdırsın, mən də onu aydın görə bilim. Bu mələk çox mərhəmətli idi.
O, yalnız görüntünü yaxınlaşdırmadı, həm də həmin səhnəni dünyanın üzərində də göstərdi. Və hələ də oradaydım – on beş il əvvəlki yerimdə oturmuşdum, həmin kölgəyə baxıb ağlayırdım. O kölgə isə anamdan başqası deyildi”.
– Anton Çexov –
Fikirlərnizi bildirərsiz zəhmət olmasa.

MUASİRMEDİA.AZ
