İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib.
Onun cənazəsi Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.
Mərasimdə Şahin Tağıyevin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şahin Tağıyev Azərbaycanın ilk dörd Milli Qəhrəmanından biridir. O, 1992-ci il Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib. Ş.Tağıyevə 23 iyun 1992-ci il tarixində göstərdiyi qəhrəmanlığa görə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. “Qurtuluş” batalyonun komandiri olmuş Ş. Tağıyev 1993-cü ilin martında döyüşlərin birində ağır yaralanmış, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik–leytenant rütbəsində ordudan tərxis olunub.
Allah rəhmət eləsin!

MUASİRMEDİA.AZ
