Abasqulu ağa Bakıxanov -Qüdsinin ev-muzeyini ziyarət etdik-SABİR RÜSTƏMXANLI-FOTO

Tarix
Bu gün, qarlı bir havada Qubanın Amsar kəndində Azərbaycanın tarixşünaslığında, maarifçiliyində, elm, ədəbiyyat tarixində müstəsna yeri və xidmətləri olan Abasqulu ağa Bakıxanov -Qüdsinin ev-muzeyini ziyarət etdik.
Mikayıl Müşfiqin Xizı yolundakı muzeyi kimi, Bakıxanovun dağılmaqda olan, adına layiq olmayan ev- muzeyi də ürəyimi kədər və təəssüflə doldurdu. Doğrudanmı Quba rayonunun Bakıxanovun adına layiq bir muzey tikmək imkanı yoxdur? Doğrudanmı Mədəniyyət nazirliyimizin əlaqədar əməkdaşlarının ev-muzeyləri yaratmaq təcrübəsi və fəlsəfəsi bu qədər bəsitdir?İsidilməyən binanın şaxtasında titrəyə-titrəyə bizə məlumat verən işçilərin dediyinə görə muzeyə gələn çoxdur. Bu muzey Bakıxanov və onun mühiti haqqında nə verə, hansı təəssüratı yarada bilər?
18.01.2026
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir