Futbolçunun yarım milyon avro dəyərində qol saatları oğurlandı

İdman
“Milan”ın hücumçusu Niklas Füllkruqun 500 min avro dəyərində saatları oğurlanıb.

“Football Italia” nəşri məlumat yayıb.

Məlumata görə, 32 yaşlı futbolçu məşqə getdiyi zaman qarət olunub. Hotelə qayıdan Füllkruq otağında seyfinin açıldığını aşkar edib.

Qeyd olunub ki, ümumi dəyəri 500 min avro olan dörd ədəd qol saatı oğurlanıb.

MUASİRMEFİ.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir