Nani karyerasını Qazaxıstanda davam etdirəcək

İdman
Portuqaliya millisinin və “Mançester Yunayted” futbol klubunun keçmiş vingeri, 2016-cı ilin Avropa çempionu Nani Qazaxıstanın “Aktobe” komandasının futbolçusu olacaq.

 

Bu iddia ilə “AmanVIBE” “Telegram” kanalı çıxış edib.

Mənbənin məlumatına görə, 39 yaşlı futbolçu “Aktobe” ilə müqavilənin bütün şərtlərini razılaşdırıb və yaxın vaxtlarda komandanın təlim-məşq toplanışına qoşulacaq.

Bildirilir ki, Nani birillik müqavilə imzalayacaq. Vurğulanır ki, portuqaliyalı hücumçunun maaşı Qazaxıstan Premyer Liqası tarixində ən yüksək məvacib olacaq.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir