Çərşənbə axşamı günü G3/G4 maqnit qasırğası Yer kürəsinə çatacaq

Cəmiyyət

Çərşənbə axşamı günü G3/G4 maqnit qasırğası Yer kürəsinə çatacaq.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

“Qasırğanın yanvarın 20-də Yerə çatacağı gözlənilir. Gözlənilən maqnit qasırğasının səviyyəsi G3/G4-dür”, – laboratoriyadan bildirilib.

G4 beş ballıq şkala üzrə “çox güclü” maqnit qasırğasını ifadə edir.

Qeyd edək ki, bundan əvvəl Günəşdə ən yüksək sinifli (“X” səviyyəli) partlayış olduğu açıqlanıb.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir