Xalqımızın qəhrəmanlıq salnaməsini yazan şəhidlər seçilmiş bəndələrdir

ölkə
Allah 20 Yanvar şəhidlərinin ruhunu şad etsin.
Xalqımızın qəhrəmanlıq salnaməsini yazan şəhidlər seçilmiş bəndələrdir. Həm bu dünyada şərəfli adla xatırlanırlar, həm də o dünyada ali məqama çatırlar. 20 Yanvar şəhidləri Azərbaycan xalqının cəsarətini, şücaətini, Vətən yolunda əliyalın tank qarşısına çıxmaqla sübut edib. Müsəlmanı, xristianı, yəhudisi ilə tolerant şəkildə torpaq, müstəqillik uğrunda küfr, zülm üstünə yeriyib və qanı ilə tarix yazıb, qalib gəlib. Demək biz birlikdə yaşamağı bacardığımız kimi Vətənimiz üşün birlikdə ölməyi də bacarırıq. Bu millətin həmrəyliyini heç bir şər qüvvə poza bilməyib, bilməyəcək də…
Azərbaycan xalqının Kərbəlası 20 Yanvar – Şəhidlər Xiyabanıdır. Küfr imperiyasının zülm, işğal maşınına qarşı yalın əllə, sinəsini qabağa verib müqavimət göstərib.
Vətən naminə qanlı sovet imperiyasının qəddar ordusu qarşısında sinəsini sipər edən oğulların ruhu şad, hər birinin məqamı Cənnət olsun.

yazı görseli olabilir
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir