Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Tərtər rayonunda səfərdə olub
19 yanvar 2026-cı il tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan ailə üzvləri ilə birlikdə Tərtər rayonuna səfər edib.
Səfər çərçivəsində Bilal Ərdoğan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Daha sonra rayon rəhbəri ilə birlikdə Tərtər şəhəri, Elman Səfərov küçəsində Sahib İsmayılova məxsus, erməni separatçıları tərəfindən atılmış “Smerç” raketi nəticəsində dağıdılmış açıq hava şəraitində fəaliyyət göstərən ev-muzeyinə baxış keçirilib.

Ekskursiya zamanı rayon icra hakimiyyətinin başçısı qonaqlara 44 günlük Vətən müharibəsi dövründə erməni silahlı qüvvələrinin raket və artilleriya hücumları nəticəsində dinc əhaliyə və mülki infrastruktura vurulmuş ağır ziyan barədə ətraflı məlumat verib. Bildirilib ki, müharibə dövründə Tərtər şəhəri və onun yaşayış məntəqələrinə ümumilikdə 16 277 top, tank və “Qrad” mərmisi atılıb, 21 ədəd qadağan olunmuş raketdən istifadə edilib. Həmin raketlərdən biri – “Smerç” raketi bu gün ermənilərin mülki əhaliyə qarşı törətdiyi terrorun bariz nümunəsi kimi açıq hava muzeyi kimi qorunan Sahib İsmayılovun evinə düşərək tikilini tamamilə dağıdıb. Bu fakt erməni vəhşiliyinin və dinc sakinlərə qarşı törədilmiş terror aktlarının açıq sübutudur.

MUASİRMEDİA.AZ
