Hər dəfə vurulmuş bir məmura cəmiyyətin münasibətinə baxıram.
Elə bil uzun müddət qəfəsdə ac qalmış yırtıcı heyvanların qabağına leş atırlar. Ac heyvanlar leşi necə didib dağıdırlarsa, cəmiyyət də vurulmuş məmuru o cür parçalayır. Düymə basılan kimi, hökumət mediası, dövlət və dövlətçiliyimizin yanında olan bloggerlər, jurnalistlər tökülürlər vurulmuş məmurun üstünə, biri əlini, biri ayağını, biri başını, biri təpəsini, biri boynunu dartışdırır, çeynəyir, didib dağıdırlar. Qulların üsyanı çox amansız olur. Ona görə də sistem vaxtaşırı insanların qabağın bir leş atır ki, yeyib sakitləşsinlər. Deyəsən, İsa Həbibbəyli təzə leşdir. Çətirindən tutub hərə bir tərəfə dartışdırır.

MM.AZ