Xameneyinin nümayişçilərə qarşı kimyəvi maddələrdən istifadə olunmasında əli olması ilə bağlı iddialar irəli sürülüb.
İranda baş verən etiraz aksiyalarının dağıdılması zamanı təhlükəsizlik qüvvələrinin kimyəvi və ya zəhərli maddələrdən istifadə etmiş ola biləcəyi ilə bağlı iddialar gündəmə gəlib. Bir sıra xarici media və insan haqları ilə bağlı mənbələr bu cür maddələrin tətbiq edildiyini irəli sürür.
Yayılan iddialarda İranın ali rəhbəri Əli Xameneyinin də bu prosesdə dolayı və ya birbaşa məsuliyyət daşıya biləcəyi qeyd olunur. Bildirilir ki, təhlükəsizlik strukturlarının bu cür vasitələrdən istifadə etməsi ali siyasi rəhbərliyin razılığı olmadan mümkün deyil.
MUASİRMEDİA.AZ
