“Vətən qoruyucuları” cildində üzərimə hücum çəkiblər! -ELXAN ŞÜKÜRLÜ

Cəmiyyət
Özünü, evini, ailəsini qoruya və idarə edə bilməyənlər yenə də “Vətən qoruyucuları” cildində üzərimə hücum çəkiblər! Əsas silahları da söyüşdür, təhqirdir, şər və böhtandır!
Olsun! Biz, bizimlə savaşanlarla savaşa həmişə hazırıq! Həm də onların silahıyla yox, öz silahımızla – səbrimiz, şükrümüz, ağlımız, əxlaqımız və ədəbimizlə!
Ancaq maraq üçün bir baxın, araşdırıb görün ki, üzərimə gələnlər kimlərdir: pişikcütləşdirən imicli, iti-pişiyi ilə ər-arvad kimi yaşayan “prodüser-bloger”; əsgəriylə yataqda tutulduğuna görə ordu sıralarından qovulan pedofil “hərbi ekspert”; dar günündə evinə, körpə balalarına çörək gətirən kişinin üzünə duran nankor və uğursuz “hərəkatçı”; doğulduğu kəndində “bicbala” kimi tanınan və indi Avropadə əyləşən çuğul “mühacir jurnalist”; qardaşının ailəsinə göz dikən və ətini didməyə hazır “baş redaktor”; öz dərisini qorumaq üçün doğmasını aparıb prokurorluğa satan “klarnetçalan aparıcı”; hökumətin yeni məmurlarının trol siyahısına yenidən dürtülmək üçün öz keçmişindən imtina etməyə və hər cür yaltaqlığa imza atmağa hazır ləyaqətsiz buqələmun… Və daha kimlər, kimlər…
Baxın, bu sırtıq, həyasız, heç bir mənəvi ölçüsü və dəyəri olmayan namussuz bir zümrəylə üz-üzə, baş-başa, göz-gözəyik! Abrımıza qısılmışıq, onlar kimi görünməyək, onlara oxşamayaq deyə susduqca, ürəklənib üstümüzə gəlir, hələ bir israrla ailələrinə layiq olan təhqirlərini özümə, övladlarıma, qohumlarıma da göndərirlər ki, reaksiya verək!
“Dövləti qoruyuruq” rəngiylə maskaladıqları bu “ictimai linçetmə” kampaniyasıyla doğmalarımı və dostlarımı qorxutmağa, çəkindirməyə, onları və məni ümidsizləşdirməyə, el-obamda etibarsızlaşdırmağa çalışırlar!
Əsas ittihamları da budur ki, guya, mən vətən xainiyəm, Rusiya, İran agentiyəm!
Yalançının atasına, ölüsünə-dirisinə, var-yoxuna, bütün sülaləsinə lənət!!!
Bilirəm, hər şeyini itirmiş binamuslar və imansızlar sürüsü üçün mənim lənət oxumağımın heç bir təsiri, islahedici faydası yoxdur! Ancaq mənim bu xitabım inananlar, sözümə, özümə etibar edənlər, həm də yaxından tanımayanlar üçündür: and olsun bizi yaradan o Allaha, barəmdə dilə gətirdikləri, yazdıqları ittihamların hamısı yalandır, şərdir, böhtandır və bunu dövlətin vicdanlı, qeyrətli, çox hörmət etdiyim bəzi kişiləri də yaxşı bilirlər!
Bu sürtük sürünün və sahiblərinin isə bircə dərdi, istəyi var: mən meydanda olmayım, olanda da onlar kimi düşünüm, onlar kimi danışım, onlar kimi görünüm, onlar kimi yazım, qısası, onların cinahında, sırasında, səngərində yer alım!
Mənsə onlar kimi ola bilmirəm, heç bacarmaram da! Buna mənim soyum-köküm, aldığım tərbiyə, damarlarımda axan tər-təmiz türk-müsəlman qanı, dünyagörüşüm imkan verməz!
Bəli, anlayıram ki, bu həyasız, sırtıq və soysuz zümrənin əliylə illərdir ölkəmiz üzərində aparılan və şüurları zəhərləmiş amansız Qərb təbliğatını yarır, dağıdır, onların zombiləşdirdiyi beyinləri ayıldıram!
Yandırılan bir kibrit çöpü zülmətdə olanlara istiqamət, istilik və ümid verdiyi kimi, bəzən bircə cümləmiz dezinformasiya qaranlığında yolunu itirmiş, azmış beyinlərə istiqamət, xəritə olur! Bu isə ölkəmiz üzərindən öz fitnəkar maraqlarını həyata keçirmək istəyən və son 30 ildə dövlətin önəmli strukturlarına da sızmağı bacarmış böyük bir antimilli şəbəkənin planlarını pozmaq deməkdir!
Heç uzağa getməyin, Rusiya-Ukrayna savaşı başlayan ərəfəni yadınıza salın. Biz Qərbin nüfuzlu beyin mərkəzlərinin, strateqlərinin, alimlərinin yazdıqlarına əsaslanaraq, bu iki slavyan qardaşı bir-birinə düşmən edən gücün ABŞ olduğunu, Zelenskinin qəhrəman cildində bilərəkdən “qaza gətirildiyini” və yekunda da Ukraynanın bölünəcəyini deyəndə, öz atasının kimliyini belə hələ doğru-dürüst bilməyənlərin ağzıyla bizi “Rusiya tulası” adlandırıb, eynilə indiki kimi, söydürür, rusofob çağırışlarla Azərbaycanın Qərb koalisiyasında yer almasının gərəkliyini təşviq edirdilər!
Hanı, ABŞ-a, Avropaya arxalanan Ukrayna ərazi bütövlüyünü bərpa edə bildimi?! Müharibə başlayanda 46 milyon əhalisi olan Ukrayna indi darmadağın olub, o əhalinin 20 milyonu ölkədən qaçıb, didərgin düşüb, əməkqabiliyyətli və vuruşan oğlanlarının əksəriyyəti cəbhədə məhv edilib; ölkəni isə ABŞ-la Rusiya artıq bölüb qurtamaq üzrədir!
Nədir, indi də oxşar “qazagətirmə ssenarisi”ylə iki müsəlman qardaşı – 10 milyonluq Azərbaycanı 90 milyonluq İran üçün “ikinci Ukrayna”yamı çevirmək istəyirsiniz?! Bunu görməyəcəksiniz! Çünki ikiyə bölünmüş Vətənimizin o tayında da, bu tayında da, qardaş Türkiyədə də ABŞ-ın, İsrailin regionla bağlı planlarından xəbərdar olan və həqiqi milli maraqları düşünən başlar az deyil! Ümmətimiz ayılır artıq! Nə tez unutdunuz Qəzzada İsrailin törətdiklərini?! Rusiyanın işğal siyasətinə etirazlarınızı indi bəs ABŞ və İsrail işğalına qarşı niyə göstərmirsiniz?!
Bəli, ortada hər an çəkilə biləcəyimiz böyük bir fitnə var və o, səbirlə, təmkinlə, hər hansı emosiyaya qapılmadan, soyuq ağılla aradan qaldırılmalıdır! Bu fitnəyə kim alət olacaqsa, yalnız özünə edəcək, özünü yandıracaq! Çünki fitnə qətldən daha ağır cinayətdir və bədəli də çox ağır olur!
Və nəhayət, məni “dövlətin siyasətinə qarşı getməkdə” suçlayan, ancaq o dövlətin rəsmi ittihamlarıyla cinayətkar – dələduz, saxtakar, oğru, qaçaqmalçı, yalançı və böhtançı olduqları haqda barələrində konkret məhkəmə qərarları, hökmləri olan yaramazlara, namərdlərə isə bir daha xatırladıram: mən nə dövlət məmuruyam, nə hər hansı dövlət postu tuturam, nə YAP-ın vəkiliyəm, nə də hər hansı partiyanın, siyasi təşkilatın təmsilçisiyəm!
Mən yaşadığı ömrün tən yarısını – 25 ilini siyasi işlərə həsr etmiş, o müddətdə ictimai faydalı olmağa çalışmış, indiyədək hər hansı bulaşıq, çirkli və ya kriminal xarakterli işdə adı hallanmamış, Vətən və xalq qarşısında öz məsuliyyətini, vətəndaşlıq borcunu əksəriyyətindən daha yaxşı dərk edən azad bir insan, sadə bir kənd Müəlliminin oğluyam!
Siyasi təcrübəm və bilgilərim imkan verir ki, nəyin doğru, nəyin yanlış olduğunu hətta dövlət sükanları arxasında əyləşmiş təcrübəsiz və bilgisiz insanlara da çatdıram!
Bu ölkə mənimdir, heç yerə qaçası deyiləm və Azərbaycanı da hansısa oğru dövlət məmurundan az sevmirəm! Hər kəsin keçmişi və xarakteri onu tanıtma pasportudur!
Dini düşüncələrim kimlərisə bərk narahat edirsə, bilsinlər: İslam bu xalqın gen yaddaşıdır, tarixidir, mənəviyyatıdır, ədəbiyyatıdır, mədəniyyətidir, keçmişi və bugünüdür, varlığıdır! Onu çıxsan, bizdən heç nə qalmaz!
İslamın kitabı “Qurani-Kərim” isə yolgöstəricimizdir! İndi İranı bəhanə edib İslam dinini, onun Kitabını, tarixi şəxsiyyətlərini və nüfuzlu alimlərini ələ salanlar, məsxərəyə qoyanlar anlamırlar ki, həm də öz Üçrəngli Bayrağımızı aşağılayırlar!
Öz dövlətinin bayrağına, xalqının daşıdığı dəyərlərə hörmət etməyən, onu qorumayan və ələ salan isə şərəfsizdir, namussuzdur, alçaqdır, nakişidir!

MUASİRMEDİA.AZ  GÜLƏR AMİN.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir