Dünya şöhrətli rəssamımız, təpədən- dırnağa türk oğlu türk Sakit Memmedov un sənət əsəri…
Sakit bəy, bu millət təkcə Sizin rəsm əsərlərinizə görə deyil, həm də Sizin gözəl qəlbinizə, milli ruhunuza görə də Sizinlə fəxr etməlidir ! Mən dünən Sizi, özüm üçün həmdə dərin bir İnsan olaraq kəşf etdim! Var olun! Nə yaxşı ki, bu millətin Sizin kimi yaşayan əfsanələri var!
P.S. Şah ismayılı tanımayanlar üçün isə aşağıdakı notu buraxıram, gərəyiniz olar))
Şah İsmayıl Səfəvi, I İsmayıl və ya Şah İsmayıl (tam adı: Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi; 17 iyul 1487, Ərdəbil, Ağqoyunlu dövləti[5 – 23 may 1524, Təbriz, Səfəvilər— Səfəviyyə təriqətinin şeyxi (1494–1524); Səfəvilər dövlətinin banisi və ilk şahı; Azərbaycan şairi, Azərbaycan türklərinin piri. O, 1501-ci ilin iyul ayında Təbriz şəhərində özünü şah elan edib.
Bəli, yanlış oxumadınız – AZƏRBAYCAN TÜRKLƏRİNİN PİRİ!!!
Səfəvilər — Səfəvilər sülaləsi tərəfindən idarə olunmuş, 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət.

MUASİRNMEDİA.AZ
