Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovdur

HƏRBİ
Azərbaycan tarixində igidliyi və Vətənə sonsuz sevgisi ilə yadda qalan qəhrəmanlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovdur.
02 yanvar 1971-ci ildə Gədəbəy rayonunda dünyaya göz açmışdır. Uşaqlıq ill
ərindən mərd, cəsur və vətənpərvər ruhda böyüyən Natiq Qasımov daim Azərbaycan torpağına və xalqına böyük sevgi ilə yanaşmışdır.
1992–cı illərin əvvəllərində Qarabağ uğrunda ağır döyüşlər başlayanda Natiq Qasımov Vətənin müdafiəsinə qalxan igid oğullardan biri oldu. O, ailəsinə göndərdiyi məktublarda Vətən sevgisini açıq şəkildə ifadə edirdi. Məktublarından birində belə yazırdı:
“Qarabağda xalqımızın öldürüldüyü, ana və bacılarımızın namusunun tapdandığı bir vaxtda mən evdə rahat otura bilmərəm.”
Bu sözlər onun necə böyük ürəyə sahib olduğunu göstərirdi. Natiq Qasımov üçün Vətən hər şeydən uca idi.
Döyüşlər zamanı o, tarixə düşən misilsiz qəhrəmanlıq göstərmişdir. Natiq Qasımov 5 gün ərzində təkbaşına düşmənə qarşı döyüşərək Azərbaycan əsgərinin necə igid və qorxmaz olduğunu sübut etmişdir. O, döyüş zamanı Azərbaycan bayrağını bir an belə kürəyindən açmamış, bu müqəddəs bayrağı qürurla daşıyaraq son ana qədər mübarizə aparmışdır.
Cəsur döyüşçü həmin döyüşlərdə 30-a yaxın düşməni məhv etmiş, lakin bütün bunlara baxmayaraq insanlıq və mərhəmət hissini itirməmişdir. Natiq Qasımov əsir düşmüş Xocalı sakinlərinin azadlığı naminə özünü qurban verərək təslim olmuşdur. Bu addım onun yalnız igid döyüşçü deyil, həm də böyük ürək sahibi olduğunu göstərmişdir.
Natiq Qasımovun qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayır. Onun adı Vətən sevgisinin, mərdliyin və şərəfin simvoluna çevrilmişdir. Bu gün Azərbaycanın hər yerində dalğalanan üçrəngli bayraq onun kimi qəhrəmanların qanı və canı bahasına ucalmışdır.
Azərbaycan xalqı belə igid oğulları ilə qürur duyur. Natiq Qasımovun adı və xatirəsi hər zaman yaşayacaq.
🇦🇿 Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur!

anıt ve yazı görseli olabilir

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir