ABŞ Adanadakı Baş Konsulluğunu geri çəkir

Dünya

ABŞ Adanadakı Baş Konsulluğunun heyətinin bir hissəsini təxliyə etməyi planlaşdırır və təhlükəsizlik təhdidinə görə öz vətəndaşlarını Türkiyənin cənub-şərqini tərk etməyə çağırıb.

Bu gün “Al-Jazeera” məlumat yayıb.

ABŞ-nin Ankaradakı səfirliyinin məlumatına görə, Dövlət Departamenti kritik əhəmiyyətli funksiyaları yerinə yetirməyən əməkdaşlara, eləcə də onların ailə üzvlərinə Adanadakı Baş Konsulluğu tərk etməyi əmr edib.

“Türkiyənin cənub-şərqində olan ABŞ vətəndaşlarına təcili olaraq regionu tərk etmək tövsiyə olunur”, – məlumatda qeyd edilib.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir