Bakı şəhərində marşrut avtobuslarının birində sərnişinin pul kisəsini oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Cəlaləddin Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə avtobusun təhlükəsizlik kameraları ilə qeydə alınıb. Araşdırmalar davam etdirilir.
_____
İctimai nəqliyyatda olarkən şəxsi əşyalarınıza diqqət edin və şübhəli hallarla qarşılaşdıqda polisə məlumat verin.
MUASİRMEDİA.AZ
DİN
