AY ANA…
Deyirsən ki, ay oğul, səndən uzaq olanda,
Hər gecəni, hər günü sanki bir il sanıram.
Ay Anacan, inanki, harada olsam da mən,
Elə səni düşünür, elə səni anıram.
Özümlə götürdüyüm bu əksinə baxanda,
Bilirsənmi nə keçir hərarətli qəlbimdən,
Dağlarda duza həsrət qalan körpə quzu tək
Yalayıram üzünü,
Öpürəm gözlərindən.
Ancaq doymaq bilmirəm, çünki saf məhəbbətin,
İz salıbdır könlümə lap uşağlıq yaşımda.
Onuçun surətini gəzdirəm həmişə,
Məhəbbətinlə vuran ürəyimin başında.
ÇİÇƏKLƏR
8 Martdır
Bayramın mübarək olsun Ana-
Deyib bir dəstə çiçək
Bağışladım mən ona.
O da bu çiçəkləri
Aparıb qoydu o gün
Öz doğma Anasının-
Nənəmin məzarına.
MUASİRMEDİA.AZ
