Məşhur muğənninin evinə ATƏŞ AÇILDI

Şou-biznes
Los-Anceles polisi ABŞ-li məşhur müğənni Rihannanın Beverli-Hillzdəki evinə atəş açmaqda şübhəli bilinən 30 yaşlı qadını həbs edib.

 “Los Angeles Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bir qadın maşından ulduz sənətçinin ​​evinə təxminən 10 atəş açıb, güllələr malikanənin divarına dəyib.

Hadisə baş verən zaman müğənninin evdə olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb.

Müğənninin evinə hücum edən şəxsin motivləri barədə məlumat verilməyib.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir