Qanuni oğru bu tarixdə azadlığa buraxılacaq

Kriminal

Bir nömrəli “Qanun oğru” Şakro Molodoyu şərti azadlığa buraxmaq qərarına gəlmələrinin ilkin səbəbi onun görmə qabiliyyətinin kəskin şəkildə pisləşməsidir.

Bildirilib ki, 71 yaşlı Zaxari Kalaşov 2019-cu ildə zorakılıq tətbiq edərək pul tələb etdiyi üçün Ust-Labinskdəki həbsxanaya göndərilib. Məhkəmə onun barəsində 9 il 10 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb. Son vaxtlar o, demək olar ki, kor olub.

Martın 13-də məhkəmə onun səhhətinə görə şərti azadlığa buraxılması barədə vəsatətini təmin edib. Şakro martın 28-də azadlığa buraxılmalıdır.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir