ABŞ prezidenti Donald Tramp dünən keçirdiyi mətbuat konfransında bir daha keçmiş İran şahının oğlu Reza Pahlavinin ölkənin gələcək rəhbəri olması ideyasını rədd edib.
Tramp bildirib ki, İranın gələcək liderlərinin ölkə daxilində olan şəxslərdən çıxmasını daha məqsədəuyğun hesab edir.
“Ölkə daxilində olan insanları görməyi üstün tutaram. Bəziləri şahın oğlundan danışır, bəziləri başqa adlar çəkir. Amma o, çox uzun illərdir ki, orada yaşamır”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, Vaşinqtonun hazırda “işləyən bir formulu var”. O, nümunə kimi Venezueladakı vəziyyəti göstərərək bildirib ki, bu yanaşmanın davam etdirilməsi ehtimal olunur.

MM.AZ