Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə bədbəxt hadisə baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, ən yaxın xilasetmə məntəqəsindən təxminən 700 metr aralıda yerləşən nəzarətsiz ərazidə iki nəfər batma təhlükəsi ilə üzləşib. Hadisə yerinə dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Operativ tədbirlər nəticəsində 2009-cu il təvəllüdlü Rahil Tarıyel oğlu Ağazadə xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb. Digər yeniyetmə – 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin batdığı ehtimal olunur və onun tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatları davam etdirilir. FHN vətəndaşlara bir daha müraciət edərək, yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyi, xilasetmə məntəqələrindən uzaq ərazilərdə dənizə girməməyi tövsiyə edir. Xüsusilə küləkli hava şəraitində təhlükəsizlik qaydalarına ciddi əməl olunması vacibdir.

MUASİRMEDİA.AZ