İyulun 15-i səhər saatlarında İspaniya millisinin və Lamine Yamalın Barselona yaxınlığındakı Esplugues de Llobregat qəsəbəsində yerləşən evinə oğurluq cəhdi edilib.
Hadisə İspaniyanın Fransa üzərində 2:0 hesablı qələbə qazanaraq 2026 Dünya Kubokunun finalına yüksəlməsindən cəmi bir neçə saat sonra baş verib. Məlumata görə: Təhlükəsizlik kameraları üzlərini gizlədən iki nəfəri evin hasarını aşmağa çalışarkən qeydə alıb. Evin mühafizə sistemi hadisəni dərhal aşkarlayıb. Şübhəlilər polis hadisə yerinə çatmamış ərazidən qaçıblar. Evə daxil olmaq və ya hər hansı əşyanı oğurlamaq mümkün olmayıb. Hadisə zamanı Lamine Yamal evdə olmayıb. O, həmin vaxt ABŞ-da keçirilən Dünya Kubokunda İspaniya millisinin düşərgəsində idi və Fransa ilə yarımfinal oyununda iştirak etmişdi. Kataloniya polisi (Mossos d’Esquadra) hadisə ilə bağlı araşdırmaya başlayıb və təhlükəsizlik kameralarının görüntülərini araşdırır. Bu hadisə son aylarda tanınmış futbolçuların evlərinə qarşı baş verən oğurluq cəhdlərinin növbəti nümunələrindən biri kimi qiymətləndirilir.

MUASİRMEDİA.AZ