Fotoda: həkim, dövlət xadimi Əziz Əliyev, qızları Zərifə və Gülarə.

Tarix
İncəsənəti və mədəniyyəti ruhun qidası, sağlamlığın mayası hesab edən Əziz Əliyev haqqında yaxın dostu Xalq şairi Süleyman Rüstəmin də olduqca maraqlı bir xatirəsi var.
Xalq şairi yazıdı: “Əziz Əliyev indiyəcən ucuz, eybəcər Amerika filmləri görmüş əhaliyə “Azərfilm”in çəkdiyi filmləri göstərməyi məsləhət bildi. Bakıdan “Kəndlilər”, “İsmət” və digər filmlər gətirildi. Yadımdadır, sərin bir payız axşamı Gülüstan bağında açıq havada “Kəndlilər” filmi göstərilirdi. Hava getdikcə soyuyurdu. Lakin əhali quru yerdə oturub, həyəcanla filmə baxırdı. Azərbaycanımızın keçmiş həyatından, xalqımızın mübarizəsindən danışan bu film göstərildikcə, təbrizlilər əsərin qəhrəmanını alqışlarla qarşılayırdılar.”
Süleyman Rüstəmin xatirələrindən belə aydın olur ki, Əziz Əliyev Cənubi Azərbaycanda olduğu illərdə mədəniyyət sahəsinə böyük diqqət göstərir, Bakıda nümayiş olunan filmlərin İranda göstərilməsinə şərait yaradırdı. O çalışırdı ki, bir dildə danışan, bir soy-kökə mənsub olan həmvətənlər doğma adət-ənənələrindən ayrı düşməsin. Bu, hər şeydən əvvəl dövlət xadimi kimi Əziz Əliyevin xalqın milli-mənəvi yaddaşının formalaşmasına, milli özünüdərk prosesinin inkişaf etməsinə verdiyi dəyərin ən bariz nümunələrindən biri idi…
bir veya daha fazla kişi görseli olabilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir