Əbülmüzəffər Xaqan Şah İsmayıl Bahadur xanla bağlı daha bir iddia puç oldu-FOTO

ƏDƏBİYYAT
Uzun illərdir ki, belə bir fikir səsləndirilir: guya Şah İsmayıl 1508-ci ildə İraqı fəth etdikdən sonra Kərbəlada Hürr ibn Yezidin qəbrini açdırmış, sonradan buna peşman olmuş və özünə “Xətayi” (“xəta edən”) təxəllüsünü seçmişdir.
Lakin bu versiyanın ciddi bir problemi var.
Çünki Şah İsmayılın 1506-cı ildə tamamladığı “Dəhnamə” poemasında artıq “Xətayi” təxəllüsü açıq şəkildə işlədilir. Yəni İraqın fəthindən və Kərbəla hadisəsindən ən azı iki il əvvəl.
 Məsələn, o yazır:
“Biçarə Xətayinin pənahı,
Allahü Məhəmmədü Əlidir.”
“Yüz hökm ilə şah ikən Xətayi,
Yar eşiginə gəda qılan dil.”
Beləliklə, Şah İsmayılın “Xətayi” təxəllüsünü Kərbəladakı hadisədən sonra götürdüyü barədə məşhur rəvayət, tarixi faktlarla uyğun gəlmir. Bəzən bir neçə misra bütöv bir əfsanəni dağıtmağa kifayət edir.
“Qızılbaş Ensiklopediyası” kitabından

şunu diyen bir yazı 'KaRBaLA İRAQ 1506 Biçara Allahü Mahammedü alidir. Xatayinin panahı, Yüz hökm ila şah ikan Xatayi, Yar eșigina gada qilan dil. ŞAH İSMAYIL 'XETAY" TAXaLLÜSÜNÜ KaRBALADAKI GÖTÜRMÜŞDÜ? ? HADİSADAN SONRA MİLLİKIMLİ' görseli olabilir
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir