Salyan rayonunun Sarvan kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Hadisə Rəmziyyə Mehdiyevaya məxsus evdə qeydə alınıb. Kadrarxası mətn: Hadisə zamanı ev sahibi yaxın qohumunun yas mərasimində olub. Evə qayıdarkən yaşayış evinin damından tüstünün çıxdığını görüb. Dərhal yanğınsöndürmə xidmətinə məlumat verilib. Qısa müddət ərzində hadisə yerinə Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb və alov söndürülüb. Hadisə nəticəsində evin dam örtüyünə və digər hissələrinə ziyan dəyib. Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil. Hazırda hadisə ilə bağlı aidiyyəti qurum tərəfindən araşdırma aparılır. Yanğının dəqiq səbəbi və dəymiş ziyanın həcmi araşdırmanın nəticələrindən sonra məlum olacaq.

MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU