Bir sənəddə yazılır: “Müşfiq qaldığı kamerada ifadəyə qol çəkmək üçün aparılmağa gəlir və bütün ittihamları rədd edir.
Bu zaman əsgər çöldə gözləyən həkimi içəri çağırır. Əsgər onun sol ayağından corabı çıxarır. Həkim kəlbətini yaxınlaşdırıb dırnağını tutdu. Kəlbətinin soyuq dişləri kipləndi, dırnağı isə əzab verə-verə çıxarıldı”. NKVD-də ifadə verən məhbuslar yaşından asılı olmayaraq ağır işgəncələrə davam gətirə bilmir, “günahlarını” boynuna almağa məcbur olurdular. Xüsusilə ona qarşı qəddarlığı Ayna Sultanova edirdi. Onu nəm əski ilə döyürdü, sonra isə özünün iştirakı ilə şairin əl və ayaq dırnaqları çıxardılmışdı. Daha sonra onu quyusu olan xüsusi kamerada iki gün qurşağacan içində siçovullar olan suda saxlayırlar. İki gecə yatmadıqdan sonra təkadamlıq kamerada yerə şüşə qırıntıları töküb onu ayaqyalın gəzməyə məcbur edirlər”.

SSRİ Ali Məhkəməsinin Səyyar Hərbi Kollegiyasının 5 yanvar 1938-ci il məhkəməsi: “Saat 11:20 dəqiqədə başlanan məhkəmə cəmi 20 dəqiqə çəkdi. Ona verilən “Günahlarını boynuna alırsanmı” sualına “Bəli, daha bu əzablar bitsin” deyə, Müşfiq cavab verir. Saat 11:40. Qərar: “İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlu 1908-ci ildə anadan olub. “Azərnəşr”in keçmiş redaktoru və tərcüməçisi, Azərbaycanda Sovet hakimiyyətini yıxmaq məqsədi ilə fəaliyyət göstərən, silahlı üsyan hazırlayan antisovet təşkilatının üzvü olub. Hərbi kollegiya İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlunu ən ağır cəzaya – güllələnməyə məhkum edir. Hökmün icrası dərhal həyata keçirilsin”.
1938-ci il. 5 yanvardan 6 yanvara keçən gecə: “Gecə saat 01:30 Mikayıl Müşfiq başına torba keçirilərək kameradan çıxarılır. Onu aparanlar arasında həkim, iki əsgər və bir zabit var idi. Şair dizi üstə yerə otuzdurulur. Arxadan tapançanın lüləyini onun boynuna tuşlayan zabit tətiyi çəkir. Bir güllə 29 yaşlı gənc şairin ömrünə son qoyur. Həkim yaxınlaşır və onun nəbzini yoxlayır. “Öldü” deyərək, təsdiq edir.
Tarixçi alim Zaur Əliyev, Globalinfo az.

MUASİRMEDİA.AZ
Tarixçi alim Zaur Əliyev