Fazil Mustafa 2019-cu ildə Şah İsmayıl Xətai ilə bağlı səsləndirdiyi fikirlərlə geniş müzakirələrə səbəb olmuşdu. Müsahibəsində o, onları deyib:
“Mən Şah İsmayılı qəbul etmirəm deməmişəm. Mən sadəcə Şah İsmayıl ordeninin verilməsinin tərəfdarı deyiləm.”
O, həmçinin bildirib:
“Bu mövzuda dissertasiya müdafiə etmişəm, kitab və məqalələr yazmışam. Mənim tarixə baxışım fərqlidir və fikirlərimi tarixi mənbələrə əsaslandırıram.”
Fazil Mustafa Şah İsmayılın dini və siyasi fəaliyyəti barədə də mübahisəli fikirlər səsləndirib. O, tarixi mənbələrə istinad edərək Şah İsmayılın şərab içdiyini söyləyib və bu faktın gizlədilməsinin düzgün olmadığını bildirib. Bu açıqlamalar cəmiyyətdə ciddi etirazlara səbəb olub. Onun çıxışlarından sonra tarixçilər, ictimai xadimlər və siyasətçilər arasında geniş müzakirələr aparılıb. Tənqidçilər Şah İsmayıl Xətainin Azərbaycan dövlətçiliyinin banilərindən biri olduğunu, ölkənin siyasi birliyinin formalaşmasında və Azərbaycan türkcəsinin inkişafında mühüm rol oynadığını vurğulayıblar.
MUASİRMEDİA.AZ
