Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı tarixi qələbə ölkənin hərbi gücünü, hazırlıq səviyyəsini və müasir döyüş imkanlarını nümayiş etdirdi.
44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri bir sıra yaşayış məntəqələrini və strateji əraziləri işğaldan azad etdi.
Müharibə zamanı müasir texnologiyaların, pilotsuz uçuş aparatlarının və dəqiq zərbə sistemlərinin tətbiqi diqqət çəkdi. Bununla yanaşı, qələbənin əsas amillərindən biri Azərbaycan əsgərinin cəsarəti, peşəkarlığı və döyüş əzmi oldu.
Azərbaycan Ordusunun əldə etdiyi uğurlar ölkənin müdafiə potensialının gücləndirilməsinin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi.
Bu gün Zəfər Günü münasibətilə hərbçilərimizin fədakarlığı ehtiramla yad edilir. Ordumuzun qəhrəmanlığı Azərbaycanın müasir tarixində xüsusi yer tutur.
MUASİRMDİA.AZ
