Qəmlonun qisasını alan həyat yoldaşı Teyfə xanım

Tarix
Qəmlo təkcə doğulub boya-başa çatdığı Hand kəndində deyil, bütün Qərbi Azərbaycanda qoçaqlığı, cəsarəti ilə ad çıxarmışdı. Sərrast atıcı idi, atdığı güllə boşa çıxmazdı. Yaxın-uzaq 72 kənddə onun dediyi qanun idi. Türkiyədən dönüşündən bir neçə il keçmişdi. Qurban bayramı günü kirvəsi onu evinə qonaq çağırır. Məclisin şirin yerində, əlinin duz-çörəkdə olduğu bir vaxt ev sahibi başda olmaqla 18 nəfər qəfil Qəmlonun üstünə hücum çəkir. Həmlə gözlənilməz olsa da, o, özünü itirmir, gücü çatdığı qədər müqavimət göstərir. Ancaq “düşmənlərinin” hücumundan xilas ola bilmir. Qəmlo kirvəsinin evində, onun süfrəsi başında q*ətlə yetirilir. Teyfə xanım ərinin ölüm xəbərini alınca Qəmlonun qapının dibinə qoyduğu beşaçılanına əl atır. Ata minib kirvələrinin evinə çapır və həyəti güllə-borana tutur. Bu hadisədən sonra nsillər arasında qan davası düşür. Qəmlonun qətlində əli olan 18 nəfərdən 17-si öldürülür. Lakin onun mənsub olduğu Seyidlər və Alırzalılar nəslinin də itkisi az olmur.
MUASİRMEDİA.AZ
Məcid Rəşadətoğlu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir