Ukraynada gecə hücumları: Kiyev və Odessa zərbələrə məruz qaldı

Dünya

Ukraynada müharibə ilə bağlı gərginlik davam edir. Sentyabrın 17-də yayılan məlumatlara görə, Rusiya qüvvələrinin hava zərbələri nəticəsində Kiyev və Odessa şəhərlərində xəsarət alanlar olub.

Kiyevdə 10 nəfərin yaralandığı, yaşayış binaları, anbarlar və digər mülki obyektlərin zərər gördüyü bildirilib. Odessada isə 19 mərtəbəli yaşayış binasına zərbə nəticəsində üç nəfərin, o cümlədən bir uşağın xəsarət aldığı açıqlanıb.

Ukrayna-Rusiya müharibəsində enerji və nəqliyyat infrastrukturu da əsas hədəflər sırasında qalır. Tərəflərin qarşılıqlı hücumlarla bağlı açıqlamaları isə bir-birindən fərqlənir.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir