Azərbaycanlı adlanan millət əslində Azərbaycan türkləridir.Qərbdəki Osmanlı türkləri ilə Şərqdəki Türküstan türkləri arasında körpü və dayaq rolunu Azəri yaxud tatar kimi adlanan Azərbaycan türkləri oynayır.
Azərbaycan türk dünyasının üç əsas sütunundan biri və ən strateji olanı hesab edilməlidir. Azərbaycan türklərini regionun digər xalqları ilə müqayisə etsək onların döyüşçü, idarəçi və enerjili kimi xarakterizə edə bilərik.Onlar eyni zamanda Persiya daxilinə doğru uzanan türk nüfuzunun əsas mənbəyidir.Azərbaycan Türk coğrafiyasının başı və beyni kimidir. Əgər Azərbaycan yerindən oynasa, bütün regionun xəritəsi və siyasi nizamı dəyişər. Bu coğrafiya Azərbaycan türklərini “dağların sahibi” edib. Bu səbəbdən onlar istər rus, istərsə də başqa xalqların təzyiqinə qarşı digər xalqlardan daha dözümlü və müqavimətli olublar.
Azərbaycan türkləri sadəcə bir etnik qrup kimi deyil, idarəedici bir qüvvədir. Bu millət fars dalğalarının vurduğu, lakin sarsıda bilmədiyi bir qayalıqdır. Britaniya, Rusiya və farslar Azərbaycan türklərini öz nəzarəti altında saxlamağa çalışırlar, çünki böyük dövlətlər türk millətinin vahid bir gücə çevrilməsindən ehtiyat edirlər . Türk dilinin (Azərbaycan dilinin) iqtisadi gücü də diqqət çəkir. Təbriz bazarı və Bakının inkişaf edən sənayesini təsvir edərkən qeyd etmək lazımdır ki, bu xalqın ana dili olan Türk dili (Azərbaycan dili) Qafqazdan Fars körfəzinə qədər uzanan ticarət yollarında ortaq ünsiyyət dili rolunu oynayır. Azərbaycan dilinin özəyini Oğuz türkcəsi təşkil edir. Azərbaycan dili də türk dünyasının mərkəzi sütunu hesab edilir və bu dilin tarixən “mədəniyyət yayıcısı” olduğunu deyə bilərik. Bu dil əsrlər boyu nəinki türklərin, həm də bölgədəki digər etnosların ortaq anlaşma dili olub”.
Tanınmış fransız diplomatı, tarixçisi, coğrafiyaşünası , Fransa Senatının üzvü və Senatın Xarici İşlər Komissiyasının sədri olan Viktor Berrarın Révolutions de la Perse kitabından(1910).
Kitabı PDF formada oxumaq üçün
Qeyd : Fransa uzun illər Türk dünyası ilə maraqlanıb, müxtəlif dövrlərdə bu coğrafiyaya səyyahlar, alimlər və kəşfiyyatçılar göndərib məlumatlar toplamaqla məşğul olub. Düzdür, onların bəzilərində əsl faktları gizlətməsinə rast gəlsək də, əksər müəlliflər həqiqətləri yazmaqdan çəkinməyiblər.
MUASİRMEDİA.AZ
Prof.Dr. Zaur Aliyev .
