Südabə Sərvidən Heç Yerdə Yoxdur
Şair Gilə Dərya Bayramova
Dünya gözəllərlə dolsa da hər dəm,
Südabə Sərvidən heç yerdə yoxdur.
Şeir-roman yazır, şeirdir bu yar,
Südabə Sərvidən heç yerdə yoxdur.
Məhəbbətlə baxır o şəhla gözlər,
Məst edir insanı o şirin sözlər.
Detektiv izində hey gəzir izlər,
Südabə Sərvidən heç yerdə yoxdur.
Dostlar zövq alırlar xoş əməlindən,
Dərs də deyir elmin o təməlindən.
Həmkarlar razıdır saf niyyətindən,
Südabə Sərvidən heç yerdə yoxdur.
Eldə-obada var böyük hörməti,
Dünyaya yayılıb şanı-şöhrəti.
Heyran qoyur bizi sözü-söhbəti,
Südabə Sərvidən heç yerdə yoxdur.
Gilə Dərya gəlib vəsf etmək üçün,
Ürək verənləri tək sevmək üçün.
Dünya bir cənnətdir sevilmək üçün,
Südabə Sərvidən heç yerdə yoxdur.

MUASİRMEDİA.AZ
