04 iyun 2021-ci il tarixindən beş il keçir.İki jurnalistin talehi

Cəmiyyət
04 iyun 2021-ci il tarixindən bizi ayıran beş il keçir. Zaman ötür, illər bir-birini əvəz edir, lakin Vətənə və peşəsinə sədaqətlə xidmət edərək şəhidlik zirvəsinə ucalan jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayır.
Onlar azad edilmiş torpaqlarımızda həqiqətləri işıqlandırmaq, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq və tarixi qələbəmizin izlərini cəmiyyətə göstərmək üçün peşə borclarını yerinə yetirirdilər. Lakin mənfur mina partlayışı onların həyatına son qoydu və hər iki media nümayəndəsi Vətən yolunda şəhid oldu.
Sirac Abışov və Məhərrəm İbrahimov yalnız jurnalist deyildilər. Onlar həqiqətin keşiyində duran, xalqın səsini dünyaya çatdıran, peşələrinin ən ali dəyərlərinə sadiq qalan fədakar insanlar idi. Onların qələmi, kamerası və gördükləri iş Azərbaycan mediasının şərəf tarixində silinməz iz qoydu.
Bu gün onların şəhidliyindən 5 il keçir. Lakin nə keçən illər, nə də zaman onların xatirəsini unutdura bilməz. Onların göstərdiyi cəsarət, peşəkarlıq və vətənpərvərlik gələcək nəsillər üçün örnək olaraq yaşayacaq.
Əziz şəhid jurnalistlərimiz, sizin müqəddəs xatirəniz hər zaman qəlbimizdədir. Adlarınız Azərbaycan tarixinin şərəf səhifələrində əbədi yaşayacaq. Siz həqiqət uğrunda canınızdan keçərək ölümsüzlük qazandınız.
5 il ötür, amma xatirəniz heç vaxt köhnəlmir. 5 il ötür, amma adlarınız ehtiramla anılır. 5 il ötür, amma qəhrəmanlığınız unudulmur.
Allah rəhmət eləsin. Ruhunuz şad olsun, məkanınız cənnət olsun.

Sirac Abışov və Məhərrəm İbrahimovun əziz xatirəsi daim yaşayacaq.

MUASİRMEDİA.AZ
HACI RAMİL BƏDƏLOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir