Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib.

ƏDƏBİYYAT
Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, şair, tərcüməçi və ədəbiyyat bilicisi, son dövr yaradıcılığı haüqında “mən indi şeiri özgələrinə, xalqa yox… özümə yazıram” deyən Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib.
Azərbaycan ədəbiyyatının çox dəyərli simalarından olan Çingiz Əlioğlu yaradıcılığında da, həyaf fəaliyyətində də çox fərqli, orijinal, olduqca kübar, davranış və söz seçimində zərif, yüksək dərəcədə mədəni, bilikli və intellektual idi. Şair kimi söz sərrafı, insan kimi həssas və bəyzadə idi.
Tanrı dərgahına qovuşan unudulmaz söz ustası Çingiz Əlioğlunun işıqlı xatirəsi onu tanıyanlar üçün həmişə əziz olacaq… Allah rəhmət eləsin!

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir