Bakıda Formula 1 ilə əlaqədar bəzi məktəblər distant təhsilə keçdi

İdman

Bakıda Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi şəhərin nəqliyyatına və bəzi təhsil müəssisələrinin fəaliyyətinə də təsir göstərib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, Bakı Şəhər Halqasının əhatə etdiyi küçə və prospektlərdə sentyabrın 22-dən 27-dək nəqliyyatın hərəkətində məhdudiyyətlər tətbiq edilir. Bununla əlaqədar beş ümumi təhsil müəssisəsində dərslərin distant formada keçirilməsi qərara alınıb.

Distant təhsil sentyabrın 22-26-da Tofiq İsmayılov adına 6 nömrəli lisey, Kərim Kərimov adına 8 nömrəli tam orta məktəb, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli lisey və İlyas Əfəndiyev adına Elitar gimnaziyada təşkil ediləcək.

Qərarın əsas məqsədi yarış günlərində nəqliyyat məhdudiyyətlərinin şagirdlərin məktəbə gedib-gəlməsinə yarada biləcəyi çətinliklərin qarşısını almaqdır.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir