Ağdamda güclü partlayış səsləri eşidildi

Hadisə

 İlkin məlumata görə, hadisə açıq ərazidə baş verən yanğının minalanmış sahəyə keçməsi nəticəsində qeydə alınıb.
Yanğının təsiri ilə ərazidə yerləşən mina və partlamamış hərbi sursatların partladığı ehtimal edilir. Partlayış səsləri ətraf yaşayış məntəqələrindən də eşidilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub, yanğının söndürülməsi və alovun daha geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür.
Rəsmi qurumlar vətəndaşları təhlükəli ərazilərə yaxınlaşmamağa çağırıb.
Hadisə ilə bağlı əlavə məlumat olduqca ictimaiyyətə təqdim ediləcək.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir