Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
MUASİRMEDİA.AZ xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndindən keçən Heydər Əliyev prospektində qeydə alınıb. İlkin məlumata görə, yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü Əlsöbət İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü Səfərov Elcan olub. Hadisənin başvermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
