Bu gün ailəmiz üçün sevindirici və qürurverici günlərdən biridir.
Yanımda gördüyünüz gənc Şərif Şərifzadə bacanağımın oğlu, mənim üçün isə doğma və əziz bir baladır. Şərif bəy Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft Energetika Kollecinə qəbul olaraq tələbə adını qazanıb. Bu uğurun mənim üçün xüsusi bir anlamı da var. Çünki mən özüm də vaxtilə məhz bu təhsil ocağının məzunu olmuşam. İndi isə həmin kollecin tələbəsi olan Şərifə baxarkən həm keçmişimi xatırlayır, həm də onun gələcəyinə böyük ümidlərlə baxıram. Əziz Şərif, tələbə adın mübarək!
Qoy bu yeni yolun sənə möhkəm bilik, gözəl dostlar, uğurlu gələcək və böyük nailiyyətlər gətirsin. Hər zaman ailənin və səni sevənlərin qürur mənbəyi olasan!
Yolun açıq, uğurların bol olsun, Şərif bəy,!
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
