Bakı Apellyasiya Məhkəməsində Ermənilərə verilən höküm qüvvədə qaldı

Cəmiyyət
Bu gün (6 avqust) Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə çoxsaylı cinayətlərdə ittiham olunan və barələrində hökm çıxarılmış Ermənistan vətəndaşlarının
apelyasiya şikayətləri üzrə açıq məhkəmə iclası davam etdirilib. Məhkəmə 2026-cı il 5 fevralda Bakı Hərbi Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Həmin hökmə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir