Kirin başını kəsən Tomris kim idi, burada nə gəzirdi?-FOTO

Tarix
“Əgər biz türklər Azərbaycana XI əsrdə gəlmişiksə, bəs Kirin başını kəsən Tomris kim idi, burada nə gəzirdi?
Perslərin hakimiyyətinə qarşı üsyan qaldıran Qam Ata kim idi? Atropatenanı, Parfiyanı quranlar, saklar, skiflər kim idi? Nə saxta tarixlər uydurursunuz? Siz e.ə. Vll yüzillikdə Əfqanıstan tərəflərdən bu torpaqlara gəlmədinizmi? Bütün dünya tarixçiləri bu barədə yüzlərlə əsərlər yazmayıblarmı? Mən qədim şərq tarixini bir az bilirəm və sizin bütün uydurma təbliğatlarınızı yerlə bir edirəm. Yalan üzərində dövlət qurmaq, təbliğat qurmaq olmaz. Bizim 10 minillik bir şanlı tariximiz var. İran tarixçisi Nasir Purpirar ” 12 əsr sükut”adlı əsərində farsların e.ə. VII əsrdə Elam Midiya coğrafiyasına gələrək bütün əski orta doğu mədəniyyətlərini söndürdüyünü yazmırmı? Nasir Purpirar e.ə. Vll əsrdən bizim eranın VII əsrinə qədərki dövrü Orta Doğunun qaranlıq dövrü adlandırmırmı? Çünki bu dövrdə Orta doğuda Əhəməni və Sasanlı imperiyaları hakimliyində bütün orta doğu xalqlarının mədəniyyəti, kimliyi məhv edilməmişdimi? Bunu mən yazmamışam fars tarixçiləri yazıb. Türklərin bura sonradan gəlməsi fikri başdan-ayağa cəfəngiyyatdır, nə bir elmi əsası, nə də sübutu var”.
Sanat olabilir
MUASİRMEDİA.AZ
Yasəmən Qaraqoyunlu, tarixçi, fəlsəfə doktoru.
Şəkil: Rəssam Sakit Məmmədov “Tomris”
Paylaşaq, tarixi həqiqətlərimizi qoruyaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir