Şəhidin anasının vəfatından bir il ötdü

Cəmiyyət

Bu gün əslən Salyan rayonun Ərəbqardaşbəyli kəndindən olan, XTQ-nin kapitanı, Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Rəşad Əmiralı oğlu Əliyevin anası Rəfiqə Əliyevanın vəfatından bir il ötür. Övlad itkisi bir ana və ata üçün ən ağır dərddir. Şəhidimizin valideynləri də bu böyük acıya dözməyərək bir-bir dünyalarını dəyişdilər. Onlar öz oğullarını Vətənə qurban verdilər, amma ürəklərindəki nisgilə tab gətirə bilmədilər. 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Rəşad Əliyev xalqımıza qələbə sevinci bəxş edən igidlərdən biri kimi daim qəlblərdə yaşayacaq. Bu gün onun iki övladı atasının şərəfli adını yaşadır. Allah şəhidimiz Rəşad Əliyevə, onun valideynləri Rəfiqə xanıma və Əmiralı kişiyə rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun. Unudulmazlar.

MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir