Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 oktyabr 2026-cı ildə Hindistanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib.
Görüş zamanı səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Abhay Kumar iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Söhbət zamanı 2026-cı ilin sentyabrında Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində İlham Əliyevlə Hindistanın Baş naziri Narendra Modi arasında baş tutan təmaslar da xatırlanıb.
Tərəflər Azərbaycan və Hindistan xalqları arasında qədim tarixi-mədəni əlaqələri qeyd edib, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Azərbaycan və Hindistan arasında münasibətlərin gələcək inkişafı iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
MM.AZ
