“İlham, səni gözləyir Vətən!”

ƏDƏBİYYAT
“İlham Cabbarov — Vətən yolunda itən, ürəklərdə əbədi yaşayan qəhrəman!”

Şəhid, əsir və itkin düşmüş İlham Yusif oğlu Cabbarovun xatirəsinə həsr olunur.

 “İlham, səni gözləyir Vətən!”

Bir oğul getdi Vətən yoluna,
Ümid bağladı ana qoluna.
Vətən sevgisi doldu qanına,
İzlərin qaldı elin canında.
İlham səni gözləyir vətəndə.

İlham, adın düşməz dillərdən,
Səsin gəlməz uzaq ellərdən.
Səni gözləyir doğma ocağın,
Sənsiz qəribsəyib ana qucağın.
İlham səni gözləyir ananda.

Yusif oğlusan, igid bir əsgər,
Səninlə fəxr edir bu doğma Vətən.
Əsirlikmi yazıldı taleyinə,
Yoxsa itkin düşdün yad ellərdə?
İlham səni gözləyir atanda.

Ana yol gözləyir, gözləri yaşlı,
Ürəyində dərdi, saçları ağlı.
Hər qapı döyüləndə bir ümid doğar,
Bəlkə İlham gəldi — deyə boylanar.
İlham səni gözləyir xalanda.

Vətən torpağının hər qarışında,
Sənin xatirən var daşında,
dağında. Adın yazılacaq tarixə, kitaba,
Səni unutmayacaq Azərbaycan torpağı
İlham səni gözləyir məkdəbində.

İllər ötüb keçsə, zaman dayansa,
Həsrət ürəklərdə alov tək yansa,
Bir gün xoş xəbər gəlsin uzaqlardan,
Ümid işıq saçsın qaranlıqlardan.
İlham səni gözləyir qardaşında.

İlham, adın qəlbimizdə yaşayır,
Səni axtaran ümid hələ sönmür.
İtkin düşsən belə, Vətən unutmur,
Qəhrəman oğullar yaddaşdan silinmir!
İlham səni gözləyir evdəki adaşında.

16.10.2026.
MUASİRMEDİA.AZ 
GÜLLƏR BƏHRƏMOVA.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir