Tələbəlikdən döyüş meydanına
Şəhid İlham Yusif oğlu Cabbarovun taleyinə həsr olunmuş şeir.
Füzuli yurdunda izlərin qaldı,
Vətən məhəbbəti qəlbində yandı.
Fələk səni doğmalarından aldı,
Taleyin qaranlıq sirrə boyandı.
Səndən xəbər yoxdur avqustun ayından,
Məlum deyil neçə əsir sayından.
Baş açmadın bu məkirli oyundan,
Düşmənin önündə məğrur dayandın.
İllərdir yolunu gözləyən anan,
Gecə-gündüz sənin dərdinə yanan,
Ağlamaqdan göz yaşı da quruyan,
Yolunu gözləyir anan hər zaman.
Ananın gözündə yaşmı qalarmı?
Həsrətdən qəlblərə qübar dolarmı?
Bu qədər həsrətə dözmək olarmı?
İlham, adın xalqın yaddaşındadır.
Vətən şəhidləri unutmaz heç vaxt,
Sənə yazılsa da taleyi kəm bəxt,
Cənnətdə qurulub əbədi bir taxt,
Rəbbim dərgahına aparıb səni.
Bir gün açılacaq bu sirli pərdə,
Rauf çətin dözər həsrətə,dərdə.
Şəhid adı unudulmaz qəlbimdə,
Adın yaşayacaq xalqın dilində.
Rauf İLYASOĞLU 15 Oktyabr 2026.
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN
