Hadisə Masallıda olub:
26 yaşlı Kamilənin 3 övladı var. Əri Rusiyada işləyir, ailə isə maddi çətinlik içində yaşayır. Dördüncü dəfə hamilə qalanda qadın gələcəkdən qorxmağa başlayır. Düşünür ki, ailə daha bir uşağı dolandıra bilməyəcək. Bir müddət sonra oğlan uşağı dünyaya gəlir.
İstintaq materiallarına görə, körpə 1 aylıq olanda xəstələnir. Amma sən demə, həmin vaxt ana uşağa sirkə turşusu veribmiş. Körpə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmur.. Hamı onun xəstəlikdən öldüyünü düşünüb və uşaq dəfn edilib.
Aradan bir il keçir:
Kamilə yenidən ana olur. Bu dəfə qız uşağı. İstintaqa verdiyi ifadədə qadın deyib ki, ərinin buna necə reaksiya verəcəyindən qorxub, yəni qız olması… Nəticədə yeni doğulmuş körpəni xəstəxanada boğaraq öldürür. Sonra isə tibb işçilərinə uşağın qəfil halının pisləşdiyini deyir.
Xülasə, iki körpənin ölümü ilə bağlı qadın məhkəmə qarşısına çıxarılır və 17 il azadlıqdan məhrum edilir.

MM.AZ
